• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 28.06.2018 17:41

Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyinə karate yarışı keçirilib

KepezTV Player

Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə kyokuşinkaykan karate üzrə turnir keçirilib. Yarış Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunub. 

Rengokaikan Kontakt Karate do İdman Klubu ilə birgə təşkil edilən turnir açılış mərasimi ilə başlayıb. Rəsmi hissədə çıxış edənlər ölkəmizin hərb tarixindən bəsh edərək bu gün Azərbaycan Ordusunun dünyanın güclü orduları sırasında olduğunu qeyd ediblər. “Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir odur ki, istənilən vəzifəni icra etməyə hazır və qadirdir” deyə natiqlər vurğulayıb. Açılış mərasimindən sonra yarışa start verilib. Bununla da, döyüşçülər medallar uğrunda mübarizəyə qoşulublar.

Yarışda Kəlbəcər karateçiləri ilə yanaşı, Göygöl rayonunun və Bakının iki komandasının üzvləri də qüvvəsini sınayıb.  8-18 yaş arası 100-ə yaxın idmançı 16 çəki dərəcəsində bacarığını göstərib. Kəlbəcər təmsilçilərindən Mehran Abdullayev, Fəyyad və Natiq Rəhimovlar yarışın qalibi olub.

Yarışın iştirakçıları sırasında qız idmaçılar da olub. Onlardan Səidə Fərzəliyeva və Kəmalə Quliyeva çempion adını qazanıb. Turnirdə ilk 3 yeri tutan karateçilər medal, diplom və hədiyyələr təqdim olunub.

Azad Rəfi