• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 28.06.2018 17:39

AXC-nın 100 illiyi münasibətilə Gəncədə beynəlxalq konfrans keçirilib

KepezTV Player

“Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans Tarix İnstitutunun nəşri olan 3500 elmi əsər toplusu və kitabın sərgisi ilə tanışlıqla başlayıb. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, qısa müddətdə dövlət quruculuğu sahəsində görülən işlər barədə danışılıb. Cəmi 11 ay ərzində müstəqil respublikanın bütün dövlət atributları yaradılıb, Şərqdə ilk dəfə olaraq parlamentli respublika qurulub, bir çox Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququ verilib, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr yaradılıb. Bütün bunlar Azərbaycan Xalq Cumhuriyyətinin tarixə bəxş etdiyi böyük töhfələr kimi dəyərləndirilib.

Yaqub Mahmudov AMEA-nın Tarix İnstitutunun direktoru:Biz dünyaya bildirdik ki, 1813-cü ildə, 1828-ci ildə Azərbaycanı iki yerə bölən i, xalqımızı məhv edən imperiyalar tamami ilə bizim Azərbaycan xalqının qüdrəti qarşısında uduzdular. Bizim 5 min illik dövlətçilik tariximizi məhv edə bilmədilər. Biz birinci dünya müharibəsinin gedişində 5 min illik dövlətçilik tariximizi bərpa elədik. Biz dünyaya mesaj verdik ki, biz dövlətçilik tariximizi ən demokratik,ən müasir demokratik parlamentli respublika formasında bərpa elədik.

Erkan Özoral Türkiyənin Azərbaycandakı səfiri:Tarixdə də bundan 100 il əvvəldə bizim bu hadisələrin gelişində öz payımız  oldu. Qafqaz İslam Ordusunun gəlməsi Azərbaycanın bu gün ki, sərhədlərinin bərpasının yolunu açdı. Buna görədə biz Türkiyə Cümhuriyyəti olaraq çox sevinlirik.

Böyük bir tarixi və qədim dövlətçilik ənənələri olan Azərbaycan və türk tarixinin birgə araşdırılması isə vacib amil kimi tədqiqatçılar tərəfindən önə çəkildi.

Mehmet Ali Beyhan Atatürk Araşdırmaları Mərkəzinin direktoru:Hər şeydən əvvəl iki cildlik Türk dünyası üçün  vacib olan türk tarixini qələmə almaq fikri Azərbaycan Mill Elmlər Akademiyası Tarix İnistitutu ilə Araşdırmalar məkrəzinin birgə imzaladıqları pratokol çərçivəsində həyata keçiriləcək.

Konfranda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan filmin nümayişindən sonra birgə memarondum imzalanıb. Elmi konfrans 3 gün ərzində plenar iclaslarla davam edəcək.