• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 28.06.2018 17:39

Ağstafada 12 yeni subartezian quyusu qazılır

KepezTV Player

Son illər ərzində Ağstafa rayonunda 60 yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Sayın artmasına baxmayaraq bu əhalinin suya olan tələbatını tam ödəmir. Bu səbəbdən rayonda daha 12 quyunun qazıntısı aparılır.

Səkinə Abdullayeva sakin: Bura su çəkiblər. Birini krandın bu  başa digərini isə o biri başa qoyublar. Bəs orta neynəsin. Hələ suda gəlmir.

Mətanət Qurbanova sakin: Yayın günüdü hər bir şeydə sudan istifadə olunur. Buna görə bir iş görülməlidir. Yaydır su çox işlənir. Çox əziyyət çəkirik artezianlarımız yoxdur. Bir artezianımız var o başı görür

Ağstafa sakinlərinin su sarıdan narahatlığına yaxın vaxtlarda son qoyulacaq. Rayonda suya daha çox ehtiyac duyulan yaşayış məntəqələrində əlavə subaretezian quyuları qazılır.  

Şahin Məmmədov sahə rəisi: Bu il hal-hazırda Ağstafa rayonunda 12 ədəd subartezian quyusunun qazılması aparılır. Tamamlama işləri gedir. Yaxın müddətdə həmin quyular əhalinin istifadəsinə veriləcək.

Hazırda Ağstafa rayonunda 233 subartezian quyusu mövcuddur. Sözügedən quyulardan 60-ı son illər ərzində istismara verilib.

Natiq Hüseyn