• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 28.06.2018 12:58

Həyətində narkotik bitki əkən şəxs yaxalandı

KepezTV Player

Həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli bitkilər becərən Şabran rayon sakini saxlanılıb.Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Şabran Xətt Polis Məntəqəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Telman Alışovun yaşadığı evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.Həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 2 kilo 525 qram təşkil edən hündürlüyü 20-150 sm olan 15 ədəd çətənə kolu və sellofan torbada ümumi çəkisi 70 qram olan qurudulmuş marixuana aşkar olunub.Maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.Dindirilmə zamanı həmin şəxs çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.