• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1759
— 28.06.2018 12:56

Şirniyyat sexində güclü yanğın olub

KepezTV Player

Bakının Nizami rayonu Əli Vəliyev küçəsində yerləşən şirniyyat sexində yanğın qeydə alınıb. Ərazidəki tikililər  bir-birinə bitişik olduğundan alov qısa zamanda bütün sexləri bürüyüb. Hadisə zamanı obyektlərdə adam olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və  texnikaları cəlb olunub. Yanğınsöndürənlər yanğının daha geniş əraziyə yayılmasının qarşısını ala biliblər. Hadisə nəticəsində xəsarət alan, və yaxud zəhərlənən olmayıb. Fövqəladə Hallar Nazirliyinin ekspertləri yanğın baş verən əraziyə baxış keçiriblər. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.