• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 27.06.2018 22:17

Şəmkirdə dağlıq ərazidə çıxan yanğın söndürüldü

KepezTV Player

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə yanğın çıxıb. Bu barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olan kimi tədbirlərə başlanılıb. Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə yanaşı, Gəncə və Gədəbəydən də yanğınsöndürənlər və texnika əraziyə cəlb edilib. Təxminən 10 hektar sahədə quru ot və kol-kos yanıb. Sərf edilən əmək nəticəsində alov söndürülüb.