Samuxda pambıq sahələri 8 dəfə artırılıb. Fermerlər düzgün aqrotexniki qulluq etməklə bol məhsul götürməyi hədəfləyir. Samuxda pambıq rayonun Qırmızı Samux qəsəbəsiində 432 hektar sahədə əkilib. Aqrıq 310 hektarda çıxış var.
Asif Saatov – fermer: Bütün aqrotexniki qaydalara vaxtında riayət olunub. Məhsulumuzda göz qabağındadır. Söz veririk ki orta məhsuldarlıq 26-30 sentnerə catacaq.
Pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunub. Fermerlər elmi əsaslarla gübrələrdən və pestisitlərdən düzgün istifadə etməklə ilkin dərmanlama prosesini yekunlaşdırıblar.
Vidadi Ələkbərov - icra nümayəndəsi: Çalışacağıq ki respublikada ən yüksək məhsuldarlığı bu sahədən biz əldə edək. Bu isə bizim əhalinin yaxşı gəlir götürməsində və məşğuliyyətinə böyük köməkdir.
Ötən il cəmi 52 hektar sahədə çiyid səpən Samuxlu pambıqçılar göstərilən dövlət qayğısından ruhlanaraq yeni hədəflərə can atırlar.
Rahil Həsənov - Samux Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: Pambığın alış qiymətinin artırılması ona hər kloqramı üçün 10 qəpik əlavə subsidyanın verilməsi sözsüz ki bu sahəyə istehsalçıların marağını artırıb. Bu mənadada bu il əvvəlki illərlə müqayisədə artıq sahədə pambıq əkilib. Hesab edirəm ki bu ilki məhsulumuz yaxşı olsa və istehsalçılarımız daha çox gəlir əldə etsə bu sahəyə maraq daha da artacaq.
Son günlər bəzi bölgələrin pambıq sahələrində yaşanan kütləvi zəhərlənmə faktı ilə əlaqədər Samux rayonunda dərmanlama prosesinə nəzarət gücləndirilib. Sahələrdə olan adiyyatı strukturların rəhbərləri aqrotexniki tədbirlərə mütəxəssislərin iştirakı ilə baxış keçirir və müvafiq tövsiyyələr verilir.
Natiq Hüseyn
- Baxış: 1796