• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1881
— 27.06.2018 14:20

Qazaxda hərbiçilərin yaşayış binası əsaslı şəkildə yeniləndi

KepezTV Player

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi Qazaxda hərbi şəhərciyin sakinləri üçün ikiqat bayram olub. Rayonun daxili imkanları hesabına ərazidəki binalar müasir tələblərə uyğun yenilənərək hərbiçi ailələrinə təhvil verilib. Hərbi şəhərçikdə yerləşən binaların əsaslı təmiri rayonda həyata keçirilən sosial layihələri davamı kimi dəyərləndiriblər. 3 hektara  yaxın ərazisi olan  şəhərcikdə  5 4 mərtəbəli binada 132 mənzil var. Gələcəkdə uşaq meydançası və xeyir-şər evinin tikintisi də nəzərdə   tutulub. Hərrbi şəhərçikdə Qazax və ətraf rayonlardan olan hərbiçi ailələri yaşayır. Yaradılan şəraiti yüksək qiymətləndirən sakinlər hərbçlərin mənzil-məişət qayğılarının həll edildiyinə görə minnətdarlıq ifadə ediblər. İşlər çərçivəsində binaların dam örtüyü dəyişdirilib, bloklar təmir edilib, giriş qapıları yenilənib, fasad yeni görkəm alıb.

 

Natiq Hüseyn