• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 27.06.2018 12:47

Taxıl sahələri yandı

KepezTV Player

Şəkinin Turan qəsəbəsi və Cəyirli kəndinin inzibati ərazisində taxıl sahələrində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Qurumun məlumatına görə, Turan qəsəbəsində baş verən yanğın nəticəsində 8 hektar biçilməmiş taxıl, 250 hektar biçilmiş taxıl və 0,3 hektar ərazidə isə üzüm tənəkləri,Cəyirli kəndində isə 7 hektar biçilmiş taxıl sahəsi yanıb. Yanğınlar zamanı xəsarət alan olmayıb.Qəbələdə də sahə yanıb. Rayonun Böyük Əmili kəndində 2 ha biçilməmiş, 1 ha biçilmiş taxıl sahəsi və “KAMAZ” markalı yük avtomobilinin arxa təkərləri yanıb. Yük avtomobilinin qalan hissəsi və banına yığılmış buğda alovdan mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.