• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 27.06.2018 12:50

Ər-arvadı küçədə döydülər

KepezTV Player

Bakıda döyülmə hadisəsi olub. Sabunçu rayonunun Maştağa yolunda 31 yaşlı Murad Ələkbərli həyat yoldaşı ilə yolla gedərkən naməlum şəxslərlə mübahisəsi düşüb. Bu zaman onlar Murad Ələkbərlini döyərək xəstəxanalıq ediblər, onun həyat yoldaşına isə yüngül xəsarətlər yetiriblər. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə Murad Ələkbərli açıq kəllə beyin travması, alın sümüyünün açıq sınığı və qarnının küt travması xəsarəti alıb, vəziyyəti ağır qiymətləndirilir. Hadisə barədə Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə məlumat verilib. Faktla bağlı artıq cinayət işi başlanıb. Hadisəni tördən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.