Gəncə, Daşkəsən, Goranboy və Naftalandan olan sahibkarların qatıldığı tədbirdə vergi sistemi, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi ödəyicilərinin qeydiyyatı və uçotu, həmçinin şəffaf vergi partnyorluğu haqqında məlumatlar verilib. Həmçinin vergilərin könüllü ödənməsi və təqdim edilən bəyannamə heç bir problemin olmaması da vergi ödəyicilərinə izah edilib. Vergi ödəyicilərinin çox saylı sualları dacavablandırılıb.
Rauf Mirzəyev 12 saylı Ərazi Vergilər Departamentinin Vergi Ödəyicilərinə Xidmət və Şəffaf Vergi Partnyorluq idarəsinin direktoru: “Müəyyən yeniliklərlə əlaqədar vergi ödəyicilərinə məlumat verdik. Bizim yeni bir Şəffaf vergi partnyoru layihəsi ondan əlavə sadələşmiş sabit məbləğin qəbzin alınması var. Bunlar yeniliklərdir, mütamadi olaraq bizim tərəfimizdən vergi ödəyiciləri məlumatlandırılır”.
Elnur Vahidoğlu
- Baxış: 898