• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 26.06.2018 15:56

Şəmkirdə Qarabağ Müharibəsi Qaziləri ilə görüş keçirilib

KepezTV Player

Şəmkirdə Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib. Qarabağ Müharibəsinin iştirakçıları üçrəngli bayrağımızı dalğalandıraraq dövlət tərəfindən verilən avtomobillərlə şəhidlər xiyabanınadək hərəkət ediblər. Xiyabanda torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarları üzərinə tər-qərənfillər düzülüb. Bayram münasibəti ilə qarabağ qaziləri üçün ziyafət təşkil olunub. Çıxışlarda Azərbaycan ordusunun gücündən və qüdrətindən danışılıb. Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Şəmkir rayonundan 1300 nəfərə yaxın şəxs iştirak edib. Onların sırasında 400 qədər şəhid, əlil və veteran var. Qarabağ müharibəsi iştirakçılarından 2-si milli qəhrəman, 3 nəfər isə orden ilə mükafatlandırılıb. Ötən illər ərzində Şəmiirdə şəhid ailələri və Qarabağa əlilləri üçün bir neçə yaşayış binasının, 10-dan çox fərdi evin, eləcə də 100-ə yaxın minik avtomobillərinin verilməsi bu qəbildən olan insanlara dövlətin qayğısı kimi dəyərləndirilib. Tədbir bayram abu havasını özündə əks etdirən konsert proqramı ilə davam edib. 

Natiq Hüseyn