Bu günə xəbərlərin oxunma sayı: 948
— 26.06.2018 10:45

Gəncədə ticarət obyektləri yanıb

Gəncənin Nizami Gəncəvi prospektində yanğın hadisəsi olub. Məişət avadanlıqları satılan 3 mağaza yanıb.  Əraziyə Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 4 texnikası və 20-ə yaxın canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, yanğının digər mağazalara keçməsinin qarşısı alınıb.  Hadisə nəticəsində xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Elton Cabbarlı