• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 25.06.2018 11:03

Xiaomi bu dəfə smartfon yox, velosiped hazırladı

Çinin Xiaomi şirkəti yeni elektrikli velosiped yaradıb. O, alüminium çərçivəyə və olduqca yüngül çəkiyə - 16,7 kiloqrama malikdir. Xiaomi Himo ölçülərinə görə olduqca yığcamdır və az yer tutur. Bu velosiped bir qədər də ucuz qiymətədir. Onun bir neçə fəaliyyət rejimi var. Xiaomi Himo-nun qiyməti 300 dollar civarında olacaq.

Yeni elektrikli velosipedin tədarükünə bu il iyunun 30-dan başlanacaq. Velosiped iki stil rəngdə - ağ, həmçinin qara və narıncı rəndə olacaq. İdarəetmə paneli velosipedin sükanında yerləşir və müxtəlif düymələrlə təmin edilib. Onun hətta displeyi də var. Displeydə sürət, enerji və digərləri haqqında müxtəlif məlumatlar göstərilir. Ümumilikdə akkumulyatorun tam enerji gücü 6,5 saata qədər bəs edir. Çinin Xiaomi şirkəti müxtəlif texnologiyalar üzrə ixtisaslaşıb. Son zamanlar Xiaomi təkcə smartfonlar buraxmır. Bu il Xiaomi router və odsöndürən, eləcə də çanta istehsal edərək satışa çıxarıb.