• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1500
— 24.06.2018 23:41

Göygöldə avtomobil qəzası baş verib, 3 nəfər xəsarət alıb

Hadisə Göygöl rayonunun Quşqara kəndi ərazisində Gəncə-Şəmkir avtomagistralında  baş verib. Zəncirvari qəzada Mercedes, VAZ 2107" və qoşqulu traktor toqquşub. Yararsız hala düşən avtomobillərdə 3 nəfər Ağstafa rayon sakinləri 68 yaşlı Mahirə Xəlilova, 32 yaşlı Günay Xəlilova və Şəmkir rayon sakini 58 yaşlı  Kərim İbrahimov xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.