• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 23.06.2018 14:36

Mediada Azərbaycan dilindən peşəkar istifadə qaydaları Gəncədə müzakirə olunub

KepezTV Player

Azərbaycan Jurnalistlət Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü ilə keçirilən görüşdə, regionda fəaliyyət göstər radio və televiziya, eləcə də mətbuat işçiləri iştirak edib. Görüş əsas müzakirə mövzusu radio və televiziyalarda, sosial medyada və yazılı mətbuatda Azərrbaycan dövlət dilinin qorunması, dilimiz’ kənardan daxil olan yad ünsürlərdən qorumaq olub. Bu istiqamətdə ölkə prezidentinin 2012 –ci ildə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və dilçiliyin inkişafına dair imzaladığı sərancamdan ir’li g’l’n m’s’l’l’r’ toxunulub. Dövlət dilinin qorunmasında kütləvi informasiya vasitələrinin mühüm rolu önə çəkilib. Diskusiya şəklində keçən görüş zamanı səsləndirilən təkliflər nəzərə alınacaq.

Müşfiq Ələsgərli Mətbuat Şurasının sədr müavini: Bilirsiz ki, dil bir millətin yaşaması, inkişaf etməsi üçün mühüm amillərdən biridir. O baxımdan biz dilimizi çox qorumalıyıq, sevməliyik və onu yeni dövrün tələblərinə uyğunlaşdırmağı bacarmalıyıq. Bu uyğunlaşdırma xaotik şəkildə hər kəsin zövqünə, istəyinə, bilgisinə uyğun olmamalıdı. Dil elə bir sərvətdir ki, bu ümumxalq bir məhsuldur. Hər kəsin həssas yanaşmalı olduğu bir məqamdır. Ona görədə bu elmi qayda qanunlara, elmi prinsiplərə uyğun şəkildə bu dəyişmə və inkişaflar baş verməlidir.