• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 22.06.2018 13:58

Gəncədə gənclər narkomaniyaya yox deyib

KepezTV Player

Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Gününə həsr olunan maarifləndirici görüşdə fəsadları cəmiyyət üçün ağır olan narkomaniyadan qorunmağın yollarından danışılıb. Narkotik vasitələrdən istifadə və qanunsuz dövriyyəsinə qarşı atılmalı olan addımlar diqqətə çatdırılıb. Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması və bu baxımdan idmanın əhəmiyyəti vurğulanıb. Mövzu ilə əlaqədar gənclərin sual və təklifləri ətrafında diskussiya aparılıb.