Bu günə xəbərlərin oxunma sayı: 963
— 22.06.2018 14:16

Göygöldə fermerlər əkdikləri arpanın yığımını başa çatdırmaq üzrədir

KepezTV Player

Artıq 1 həftədir aqrar rayon olan Göygöldə taxıl biçini başlayıb və fermerlər əkdikləri arpanın yığımını başa çatdırmaq üzrədir. Rayon üzrə 1226 ha-da biçin yekunlaşıb. Rayonda toxum üçün yeni əkilən taxıl növlərin də məhsuldarlıq daha yüksəkdir.

Rasim Şəfiyev - Göygöl Rayon Kənd Təsərrüfatı İstehsalatı Müəsisəsinin direktoru: İkin dövriyyəsi olmayan torpaqları biz əkinə gətirdikdən sonra həmin Qarabağ 22 arpa toxumlarını biz əkdik və bu illəri 40 sentner məhsul götürdük. Ümumi müəsisə üzrə göstərici 45 sentnerden aşağı ola bilmez. Bütün aqro texniki tədbirlər gedib. Yemləmə, süvarılma, vaxtlıvaxtında gedib. Sahələrə baxış aparıldı. Həmin komissiyanın üzvləri 6 rayonun ərazisini gəzirdi. Dedilər ki, doğrudan da burada məhsuldarlıq daha çoxdur.dd

Rayonda taxıl biçini ilə əlaqədar olaraq işçi komissiyası yaradılıb. komissiya üzvləri sahələrdə biçinə nəzarət edir. Bu fermerlərə qarşılaşdığı problemlərin yerində həllinə imkan yaradır.

Rəfayıl Mustafayev - fermer: Mən uzun müddətdir ki, işləmişəm doğrudan da bu il ki, kimi məhsuldarlıq olmayıb. Çox gözəl məhsul var. Məhsulun bolluğu təsərüfatın rəhbərliyi başda olmaqla gördüyü işdir. Həqiqətəndə iş özünü göstərir. İş varsa məhsul da var. Mənim özümdə taxıl əkmişəm. Dəmyə şəraitindədir.

Biçin prosesinə Aqrolizinq tərəfindən 10, ətraf rayonlardan 12 kombayn cəlb edilib. Məhsul yığımı gələn ayın sonuna kimi başa çatdırılmalıdır.

 

Elnur Vahidoğlu