• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 22.06.2018 14:57

Samir İsmayilov Gəncəyə dönüb

KepezTV Player

Xəbərə verdiyimiz ki, Şotlandiyanın Qlazqo şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilib. Bu yarışda iştirak edən gəncəli tatami ustası Samir İsmayılov da fəxri kürsüdə yer alıb. O, qitə çempionatının qızıl və bürünc medallarını qazanıb.

Bütün nəticə verən idmançılar kimi İsmayılov da doğma şəhərinə qayıdarkən Nizami Gəncəvinin məqbərəsində qarşılanıb. Ulu şeyxin məqbərəsi önünə onu təbrik edib, sevincini bölüşməyə məşqçisi olduğu 1 nömrəli Uşaq Gənclər İdman və Şahmat məktəbinin rəhbərliyi, eləcə də şəhərin idman ictimaiyyətinin nümayəndələri təşrif buyurublar. İdmançının uğuru cəngi sədaları altında rəqslə qeyd edilib.

Samir İsmayılov Avropa çempionatında 30-34 yaşlı tatami ustalarının mübarizəsində fərqlənib. O, 81 kq çəki dərəcəsində fərdi yarışda qızıl medala yiyələnib. Samir Fransa, İsveçrə və Polşadan olan rəqiblərini məğlub edərək usta cüdoçular arasında Avropa çempionu olub.  Həmyerlimiz komanda yarışında isə bürünc mükafat əldə edib.

Samir İsmayılov oktyabrda daha bir nüfuzlu yarışa yollanacaq. O, Meksikada keçiriləcək dünya çempionatında iştirak edəcək.

 

Orxan Cəfərzadə