• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1705
— 22.06.2018 11:03

Oppo çərçivəsiz flaqman smartfonunu göstərdi

Çinin Oppo şirkəti qeyri-adi flaqman smartfonunu ictimaiyyətə göstərib. Find X-in slayder sxemilə hazırlanması ona son vaxtlar ənənə xarakteri daşıyan ekran çıxıntısından imtina etməyə imkan verib. Doogee Mix 4 smartfonunu xatırladan yeni mobil cihaz üst səthin 92,25%-ni tutan 6,4 düymlük OLED ekran, Qualcomm Snapdragon 845 prosessoru, 8 QB operativ və 256 QB əsas yaddaşa sahib olub. Qurğu LTE şəbəkəsini dəstəkləyir, batareyasının həcmi isə 3700 mAs-a bərabərdir. Oppo Find X-in əsas özəlliyi korpusunun konstruksiyasındadır. Adi vəziyyətdə 25 Mp-lik qarşı kamera 20 və 16 meqapiksellik bir cüt əsas kamera kimi daxildə yerləşir. Onlar lazım olanda avtomatik şəkildə işə düşürlər. Cihazı blokdan çıxarmaq üçün 3D skaner və qarşı kamera vasitəsilə sahibinin üz tanıma sistemindən istifadə edilir. Find X-də, iPhone X-də olduğu kimi barmaq izlərini tanıyan skaner yoxdur. Deyilən görə aparat avqust ayından ilk olaraq Çin bazarında peyda olacaq. Qiymət 999 avrodur.