• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 21.06.2018 23:36

Qayda pozan sürücü və piyadalara qarşı reyd keçirildi

KepezTV Player

Qusarda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir. Qusar rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı növbəti dəfə reyd keçirib. Reyd şəhərin mərkəzi küçələrində, xüsusilə də hərəkətin sıxlıq təşkil etdiyi ərazilərdə təşkil olunub.

Reyd zamanı qayda pozduğu aşkar edilən 30 yol hərəkəti iştirakşısı barədə protokol tərtib olunub. Qəzaların sayının minimuma endirilməsi məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.