• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1523
— 21.06.2018 23:35

7 nəfər həbs edildi

KepezTV Player

Respublika Baş Prokurorluğu, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mətbuat xidmətlərinin məlumatına əsasən Göyçayda uçan körpüyə görə 7 nəfər həbs edilib. Belə ki, iyunun 2-i güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşüb, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəyib. Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Müəyyən edilib ki, son dövrlər bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartlar kobud surətdə pozulduğundan ətraf mühitə, infrastruktur obyektlərə ciddi təhlükə yaranıb. Aşkarlanan faktlarla bağlı toplanan materiallar əsasında Baş Prokurorluqda cinayət işləri başlanılıb. İstintaq göstərib ki, “Göyçay” qum-çınqıl yatağında istismar işləri aparan karxanalar ətraf mühitə 4 milyon manatdan çox, Mingəçevirdə və Yevlaxda yerləşən 16 karxana 700 min manatdan artıq, Şamaxı, İmişli, Şəmkir, Qazax, Quba, Qusar, Tərtər və Bərdə ərazisində 56 karxana isə 8 milyon manatdan çox ziyan vurub. İçərisində vəzifə sahibləri olan 7 nəfər barəsində həbs qətiimkan tədbiri seçilib. 2 nəfər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.