• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 21.06.2018 16:38

Gədəbəydə taekvando bölməsi fəaliyyətə başlayıb

KepezTV Player

Taekvando ölkəmizdə yeni idman növlərindən olsa da, kifayət qədər populyarlığa malikdir. Azərbaycan idmançıları bütün nüfuzlu yarışlardan vətənə medallarla dönərək, respublikamızı aparıcı taekvondo ölkələri sırasına daşıyıb. Odur ki, bu idman növünün Odlar yurdunda daha da inkişafı qarşıya qoyulan əsas məqsədlərdəndir. Taekvandonun bütün bölgələrə ayaq açıb tərəqqi etməsi də prioritet məsələlərdəndir.

Gədəbəydə taekvando üzrə məşq bölməsinin yaradılması da, elə bu məqsəddən irəlib gəlib. Artıq 1 ilə yaxındır ki, “Gədəbəy” Gənclər İdman Klubunda Koreya döyüş növünün sirləri uşaq, yeniyetmə və gənclərə öyrədilir.

Bütün yaş 18 yaş arası oğlan və qız taekvandoçularla 1-i xanım olmaqla 3 təcrübəli məşqçi məşğul olur.  

Az müddətdə fəalliyət göstərməsinə  baxmayaraq Gədəbəy komandasının üzvləri müxtəlif səviyyəli turnirlərdə iştirak ediblər. Klubun taekvandoçuları Gəncə, Bakı, Göygöl, eləcə də digər şəhər və rayonlarda təşkil edilən zona və respublika yarışlarına qatılaraq nəticə qazanıblar.

Taekvandoçuların fiziki hazırlığı ilə yanaşı taktiki-texniki bacarığı da məşqçilərin əsas nəzərindədir. Bunun nəticəsidir ki, bölmənin üzvləri kəmər imtahanları verərək dərəcələrini artırıblar.

Azad Rəfi