KepezTV Player
Bakı-Qazax magistralının 398-ci kilometrliyində, Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Şəmkirin Keçili kənd sakini 25 yaşlı Tural Nağızadə Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarına aşırıb. Hərəkət hissəsindən bir neçə metr aralıya yuvarlanan nəqliyyat vasitəsi tam yararsız hala düşüb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Əraziyə gələn Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları qəzaya uğrayan avtomobili hadisə yerindən uzaqlaşdırıblar. Hadisənin səbəbləri təyin ediləcək avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Natiq Hüseyn
- Baxış: 1461