• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1508
— 21.06.2018 14:06

Üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzası olub

KepezTV Player

Paytaxtda üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Şəmsi Bədəlbəyli küçəsində, Qış parkının qarşısında yüksək sürətlə hərəkətdə olan BMV markalı avtomobilin sürücü idarəetməni itirib. Nəticədə maşın yol kənarında dayanan "Niva" markalı avtomobilə şırpılıb. Zərbənin təsirindən "Niva" da qarşısında olan "Hyundai"-ya dəyib. Hadisə zamanı BMV və Niva yarasız hala düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Qəzanın baş vermə səbəbini müəyyən etmək üçün avtotexniki ekspetiza təyin edilib. Faktla əlaqədar araşdırmaya başlanılıb.