• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 21.06.2018 09:49

Gəncədə iki maşın toqquşub

Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Təbriz və Pərviz Səmədov küçələrinin kəsişməsində olub. “VAZ 2107” markalı avtomaşınla “Volkswagen Polo” markalı nəqliyyat vasitəsi toqquşub. Şahidlərin dediklərinə görə, qəza dönmə əməliyyatı düzgün yerinə yetirilmədiyi səbəbindən baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Orxan Cəfərzadə