Bu günə xəbərlərin oxunma sayı: 1375
— 20.06.2018 14:58

Gəncədə plastik və polietilin tullantıların yığılması üçün xüsusi tutumlar quraşdırılacaq

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji aksiya. Ətraf mühitə və insan sağlamlığına ciddi təhlükə yaradan plastik və polietilin tullantıların yığılması üçün xüsusi tutumlar quraşdırılacaq. Layihə ilkin olaraq  Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək. Gündəlik istifadə olunan plastik qabların və selofan torbaların təbiətdə atılmasının qarşısını almaq üçün nazirlik tərəfindən xüsusi tutumlar sifariş olunub. Əhalinin sıx olduğu yerlərdə qoyulacaq qablara atılan plastik və polietilen tullantılar toplanaraq təkrar emala veriləcək. Bundan irəli gələrək 10 Saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması ilə bağlı marifləndirici tədbirlər həyata keçirir.

İlkin Hacıyev - 10 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin baş məsləhətçisi: Məktəblərdə və digər müəsisələrdə tərəfimizdən sakinlərə bildirilir ki, plastik qablardan və polietilen torbalardan az istifadə etsinlər. Bunlardan nə qədər az istifadə olunarsa, ətraf mühit üçündə az zərər verər. Mən buradan vətəndaşlara müraciət edərək demək istəyirəm ki, alış veriş edərkən kağz torbalardan və üzərilərində gəzdirdikləri çantalarından istifadə etsinlər.