• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 768
— 20.06.2018 13:21

Maşını qaçırıb sürdü, sonra küçədə atıb qaçdı

KepezTV Player

Abşeron rayon polis idarəsinin əməliyyatçıları daha bir qanuna zidd çıxanı yaxalayıblar. Xırdalan şəhərində avtomobil qaçıran şəxs saxlanılıb. Belə ki, Elşən Səfərov ''102 Zəng Xidməti''nə məlumat verib ki, özünə məxsus minik avtomobili küçədən oğurlanıb. Əməliyyata başlayan polislər həmin maşını saz vəziyyətdə paytaxtın Yasamal rayonu ərazisində aşkar ediblər. Çox çəkməyib ki, maşını qaçıran, əvvəllər də eyni əmələ görə məhkum edilmiş Təbriz Əhmədzadə də saxlanılıb.Dindirilmə zamanı o, əməlini etiraf edib. Faktla bağlı cinayət iş başlanıb, istintaq davam edir.