• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 19.06.2018 17:37

Gəncədə aşkarlanan kurqanların tədqiqinə beynəlxalq ekspedisiya cəlb olunub

KepezTV Player

Gəncədə aşkarlanan, son tunc dövrünə aid kurqanlarda tədqiqatlar davam edir. Heydər Əliyev Park Kompleksindəki ərazidə yaşı təxminən 4 min ilə yaxın olan kurqanlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə beynəlxalq ekspedisiya qrupu tərəfindən aparılır. 2015-ci ildən başlanılan tədqiqatlar zamanı şəhər ərazisində ümumilikdə 62 kurqan qeydə alınıb. Həmin kurqanlardan 4-ü bu il Arxeologiya və Etnoqrafiya İnstitutunun qərarı ilə elmi tədqiqata cəlb edilib. Araşdırmalar kurqanların dördkünc və oval formada olduğu, kameraların ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşlarının düzüldüyü müəyyənləşdirilib. 1-1,4 metr dərinliyində olan qəbirlərdə insan sümükləri, son tunc dövrünə aid, müxtəlif təyinatlı və formalı saxsı qab nümunələri, tunc asma bəzək əşyaları, kiçikölçülü tunc düymələr, tunc və əqiq muncuqlar, vulkanik mənşəli obsidiandan hazırlanan ox ucluqları, daş toppuz kimi nümunələr aşkarlanıb.

Nikola Laneli İtaliyadan olan arxeoloq:Əslində bu ərazilər kurqan mədəniyyəti üçün çox yaxşı hesab edilir. Qərb elmində bu mədəniyyəti Gəncə Qazax mədəniyyəti adlandırırlar. Bu mədəniyyətləri tarixi təxmini eramızdan əvvəl 3500 – 4000 ildən başlayır. Bizim məqsədimiz müxtəlif dövürlərdən olan kurqanları öyrənməkdir. Buradan əldə olunan ekspanatlar avropanın tanınan elmi mərkəzlərində birgə araşdırılacaq.

Həsənbala Sadıqov tarixçi alim: Mütəxəsis alimlərin də dediyi kimi bu kurqanlar xalqın, millətin mübarizəsində, tarixində mühüm rol oynamış insanların kurqanlarıdır. Və bunlar say etibarı ilə çoxdur. Amma bunlar səpələnmişdirlər. Və əksər hallarda bunu bu şəkildə qiymətləndirirlər ki, o insanlar hansı ərazidə ölüblərsə o ərazidə də dəfn olunublar.