• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3172
— 19.06.2018 14:38

Milli Qəhrəman Eltun İsgəndərov yad edilib

KepezTV Player

Samuxda Milli Qəhrəman Eltun İsgəndərovun xatirəsi anılıb. Əhmədbəyli kənd qəbiristanlığında qəhrəmanın məzarını ziyarət edib, Eltun İsgəndərovun örnək olacaq qəhrəmanlığından söz açıb. Azərbaycanda Eltun kimi vətənpərvər oğulların sayının minlərlə olduğu, onların xatirəsinin heç zaman unudulmayacağı vurğulanıb. 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşdə bir neçə cinayətkarı məhv edən Eltun İsgəndərov döyüş zamanı cinayətkarlardan birinin sərhədçilərin dayandıqları mövqeyə qumbara atdığını görüb. O, dərhal özünü qumbaranın üzərinə ataraq həyatı bahasına olsa da əsgər və zabitlərimizi xilas edib. Bu qəhrəmanlığı ilə cəsur Eltun İsgəndərov Azərbaycan oğullarının Vətən uğrunda canlarından keçədiyini sübut edib və gənc nəsillərə əsl nümunə olub.

Xaləddin İsgəndərov Milli Qəhrəmanın atası: Mən oğlumla fəxr edirəm. Eltunla bağlı çox danışmaq olar. Mən bir Milli Qəhrəman atası kimi oğlumun əməyinə yüksək dəyərə görə ölkə prezidentinə minnətdaram. Eltun tək bizim yox bütün Azərbaycan xalqının övladıdır.