Baytar həkimləri tərəfindən sanitar-profilaktik tədbirlərin vaxtında yerinə yetirilməsi heyvandarlığın inkişafı ilə yanaşı əhalinin keyfiyyətli ət və ət məhsulları ilə təmin olunmasına zəmanət verir. Bu və ya digər vacib amilləri nəzərə alan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi vaxtaşırı bölgələrə səfər edərək fermerlər təsərrüfatlarda mövcud vəziyyətlə tanış olur. Bu dəfə Gədəbəy, Şəmkir və daşkəsənli fermerlərlə görüş baş tutub.
Gədəbəydə mövcud olan şəxsi təsərrüfatlarda heyvanların mövsümə uyğun peyvəndlənməsi davam etdirilir. İribuynuzlu mal-qaraya dabaq, xırda buynuzlulara isə brüselyoza qarşı vaksin vurulub. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayev rayonun ən ucqar kəndində növbəti proflaktik tədbirin gedişi ilə tanış olub. Fermerlərlə görüşən xidmət rəisi onların təklif və müraciətlərini dinləyib.
Fərman Abdullayev – fermer: 2018 ci ilin mövsümü qışlama dövründə hər bir ana qoyun üçün birə-bir quzu əldə etmişəm. Bütün heyvanlarımız vaxtlı-vaxtında peyvənd edilib. Qanların analizi götürülüb. Müvafiq tədbirlər görülüb.
Şəmkir rayon baytarlıq İdarəsində yaradılan şəraitlə tanış olan xidmət rəisi müvafiq tövsiyyə və tapşırıqlarını verib.
Bayandur Rzayev - Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi: Xırda buynuzlu heyvanlarda çiçək xəstəliyinə qarşı profalktiki peyvəndləmə işi aparılır. Bütün tədbirlər bu ayın sonunadək tam yekunlaşacaq. Məqsədimiz ancaq və ancaq fermerlərin yanında olmaq fermerlərin problemləri ilə yerində tanış olmaq və dövlət tərəfindən verilən peyvənd vasitələrinin yerlərə çatdırılmasını təmin etməkdir.
Dağ rayonu olan Daşkəsəndə baytar və fermerlər təsərrüffatlarda mal-qaranın baş sayının artırılması, eləcə də ət və ət məhsullarına olan təlabatın ödənilməsi üçün epizootik tədbiləri plana uyğun olaraq yerinə yetirməyə çalışırlar.
Natiq Hüseyn
- Baxış: 2863