Samux rayon rəhbərliyi, idarə və təşkilatların kollektivləri, veteranlar və gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Heydər Əliyev mərkəzində davam etdirilən tədbir ulu öndərin həyat və fəakiyyətinə dair filmin nümayişi ilə başlayıb. Çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulayıblar. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib. Prezident İlham Əliyev bu strategiyanı uğurla inkişaf etdirir, Azərbaycan daha da möhkəmlənir və qüdrətlənir. Çıxışlarda ölkə prezidentinin rəhbərliyi altında Samux rayonunda həyata keçirilən sosial layihələr yüksək qiymətləndirilib. Şəmkirdə də 15 iyun Milli Qurtuluş günü münasibəti ilə təşkil olunan tədbir ümummilli lider Heydər Əliyevin büstünü ziyarətlə başlayıb. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzində təşkil olunan kitab sərgisi il tanış olublar. Çıxışlarda əmilinliklə qeyd olunub ki 1993-cü ildə yenicə müstəqilliyini qazanan respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönələn qəsdlərdən uğurla çıxıb. Bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. 25 il əvvəl xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Müdrik rəhbər uzaqgörən siyasəti ilə ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Bu gün ümummilli liderin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin də bu siaysəti uğurla davam etdirdiyi respublikamızın digər bölgələri kimi Şəmkirdə də sosial iqtisadi uğurlara nail olunduğu diqqətə çatdırılıb. Milli Qurtuluş Günü Goranboyda da təntənə ilə qeyd olunub. Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda baş tutan tədbirdə qurtuluş tariximizin şanlı səhifələrinə nəzər salnıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimyyətə yenidən qayıtması ölkəni dərin siyasi və iqtisadi böhrandan çıxarıb, Azərbaycanın dünya səviyyəli iqtisadi layhələrdə iştirakını təmin edib. Tədbir konsert proqramı ilə davam edib, yerli incəsənət ustalarının ifaları dinlənilib.
Natiq Hüseyn
- Baxış: 1398