KepezTV Player
Heydər Əliyev Park Kompleksindəki anfiteatrında baş tutan konsetdə əvvəlcə 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında tarixi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərndən danışılıb. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatların bərpa olunduğu və dövlət quruculuğunun həyata keçirildiyinə diqqət çəkilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb. Konsertdə bir-birindən maraqlı rəqslər eləcə də ifa olunan musiqi nömrələri maraqla izlənilib.
- Baxış: 1941