• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 14.06.2018 15:37

Göygöldə də son zəng çalınıb

KepezTV Player

Göygöldə isə bu il 653 nəfər 11-ci, 783 şagird isə 9-cu sinifi bitirib. 50-ə yaxın məzunu olan şəhər 1 saylı məktəb liseydə təşkil edilən mərasimdə rayonda 30-dən çox təhsil oçağının yeniləndiyi, maddi-texniki bazanın müsirləşməsinin təhsildə keyfiyyət yüksəlişinə səbəb olduğu vurğulanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən bu il keçirilən ilk qəbul imtahanlarında məzunların əldə etdiyi nəticə ali məktəbələrə qəbulda yüksək göstəricinin olacağından xəbər verir. Dərs ilində fərqlənənlər təltif olunduqları fəxri fərman və qazandıqları mükafatların sevincini şagird yoldaşları ilə birgə yaşayıb. Konsert proqramı və maraqlı çıxışlar məktəblə vidalaşan məzunların yaddaşında xoş xatirələrlə qalıb.