• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 14.06.2018 15:32

Gəncədə gənc rəssamın fərdi sərgisi keçirilib

KepezTV Player

Gəncədə Uşaq Rəssamlıq Məktəbinin yetirməsi olan gəns rəssam Məhəmməd Məmmədxanovun rəsm sərgisi keçirilib. Yeniyetmə rəssamın təbiətdən bəhs edən rəsmləri, dekorativ kompozisiyalarndan ibarət 37 əl işi nümayiş olunub. Sərgidə 13 yaşlı rəssamın əsərlərinin özünəməxsusluğu ilə diqqət çəkdiyi vurğulanıb. Əl işləri ilə tanış olan gənc rəssamın həmyaşıdları və sənətsevərlər Məhəmməd Məmmədxanovun qabiliyyətini yüksək dəyərləndiriblər. Rəssamın ən böyük arzusu yerli və beynəlxalq rəsm müsabiqələrində iştirak etməkdir.

Məhəmməd Məmmədxanov – gənc rəssam: “Əsərlərimi daha çox sulu boya ilə işləmişəm. Ancaq ən sevdiyim yağlı boya ilə kətan üzərində şəkil çəkməkdir. Şəkillərim ən çox təbiət mövzusunda işləmişəm. Çalışacam ki, ypeni yeni şəkillər yaradım və bura gələn qonaqları sevindirim. Bunun üçün çalışacam ki, daim öz üzərimdə işləyim.

Xaliq Qurbanlı