Bu günə xəbərlərin oxunma sayı: 1077
— 14.06.2018 14:41

Üzərindən və evindən narkotik çıxdı

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçiriblər. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan paytaxtın Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Asif Əhmədovdan 20 qramdan artıq heroin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq şəxsin evindən 530 qram heroin aşkar edilərək götürülüb.Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Suqovuşan kənd sakini, 57 yaşlı Şirzad Bağırov saxlanılıb.RPŞ-nin əməkdaşları ona məxsus həyətyanı sahəyə baxış keçiriblər, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 80 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.