Bu günə xəbərlərin oxunma sayı: 1077
— 14.06.2018 14:39

Məktəblilər dava etdilər, biri bıçaqlandı

KepezTV Player

Qobustanda qanlı hadisə yaşanıb.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin 11-ci sinfində təhsil alan Qobustan sakini Ağaquliyev məktəbin yaxınlığında 10-cu sinif şagirdi Şəhriyarovla mübahisə edib. Söz savaşının sonunda Ağaquliyev üstündə saxladığı bıçaqla Şəhriyarorova 4 zərbə vuraraq hadisə yerindən qaçıb. Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə polis tərəfindən saxlanılıb.

Bakının Nərimanov rayonunda da qanlı hadisə baş verib. 49 yaşlı Natiq Salahov yaşadığı evə gedərkən tanımadığı şəxslə mübahisə edib. Nəticədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis faktlarla bağlı araşdırmaları davam etdirir.