• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 13.06.2018 14:08

Sabah Şotlandiyada veteran cüdoçular arasında Avropa çempionatına start veriləcək

KepezTV Player

4 gün davam edəcək yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək. Millinin tərkibində Qlazqoya yollanan heyətdə  Gəncə cüdoçuları da yer alıb.  Belə ki, yarışda Nizami yurdundan iki tatami ustası qüvvəsini sınayacaq. Qitə çempionatı üçün Samir İsmayılovla Ramiz Məmmədov ustalardan ibarət yığmanın tərkibinə daxil edilib. Peşəkar karyerasını yeni başa vuran İsmayılov 30-34 yaşlı idmançıların birinciliyində 81 kq-da mübarizə aparacaq. Komanda yoldaşından fərqli Məmmədov yaşı daha çox olan cüdoçular arasında tatami üzərinə çıxacaq. 100 kq çəki dərəcəsində güləşəcək veteran idmançı 55-59 yaşlı tatami ustalarının mübarizəsində medal qazanmağa çalışacaq. Ramiz Məmmədov sabah, Samir İsmayılov iyunun 16-da güləşəcək.

Azad Rəfi