• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 13.06.2018 13:58

Gəncə idmanına ağır itki üz verib

KepezTV Player

Tanınmış mütəxəssis, əməkdar məşqçi Çingiz Piriverdiyev ömrünün 68-ci ilində uzunsürən ağır xəstəlikdən sonra vəfat edib. Gəncə boks məktəbinin inkişafında yorulmaz əmək sərf edən Çingiz müəllim 10-larla dəri əlcək ustası yetişdirib. Onun tələbələri respublika, ümumittifaq və beynəlxalq miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edərək mükafatlar qazanıb özlərini böyük rinq ustası kimi tanıtdırıblar. Piriverdiyev nailiyyətlərinə görə fəxri adlara, o cümlədən SSRİ idman ustası, bədən tərbiyəsi və idman əlaçısı, milli dərəcəli hakim kimi adlara layiq görülüb. Milli Olimpiya Komitəsində də çalışmış Çingiz Piriverdiyev uzun illər Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru vəzifəsində işləyib.

Azad Rəfi