• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1016
— 13.06.2018 14:11

Şəmkir rayonunda iftar süfrəsi açılıb

KepezTV Player

Rayon icra hakimiyyətinin nümayəndələri, imkansız və şəhid ailələrinin üzvləri, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsinin iştirakçıları və Çernobıl əlilləri, dindarlar, rayon ağsaqqalları mərasimdə iştirak ediblər. Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından, “Qurani-Kərim”in məhz bu ayda nazil olmasından, əhya gecələri və İslam dininin dəyərlərindən geniş bəhs edilib. Bu ayın dini və sosial mahiyyətindən danışılıb, insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğuna diqqət çəkilib. Əminliklə qeyd olunub ki, ölkəmiz və xalqımız öz milli, dini dəyərlərinə sadiqdir. Son dövrlər Şəmkir rayon icra hakimiyyəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi layihələr barədədə məlumat verilib.