KepezTV Player
Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Səmədabad kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı Almaz Rizayev saxlanılıb. Saxlanılarkən onun üzərindəki idman çantasından 8 kiloqram 415 qram narkotik maddə olan tiryək və 286 qram narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Rizayevin narkotik vasitəni İran İslam Respublikasından Biləsvuvar rayonu ərazisinə qaçaq yolla keçirdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
- Baxış: 1243