• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 856
— 13.06.2018 13:14

Piyada qadın canından oldu

KepezTV Player

Xaçmazda piyadanı maşın vurub. Hadisə Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində baş verib. 46 yaşlı Ruslan Məmmədov idarə etdiyi “QAZel” markalı avtomaşınla piyada, 64 yaşlı Sonaxanım Zülfüqarovanı vurub. Xəsarət alan qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.