• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 867
— 13.06.2018 11:01

Bu da elektrikli Kia Niro EV krossoveri

Kia şirkəti elektrikli Niro EV krossoverini təqdim edib. Premyera Çecu elektromobil sərgisində baş tutub. Avropada o, payızda peyda ola bilər. Standart Kia Niro isə iki il bundan qabaq debüt etmişdi. Model əvvəldən ekoloji imicə malik olub. İndiki maşın isə o qədər də aqressiv görünüşlü deyil. Əsas motivlər yerindədir, bunlar fərqli qaçan işıqlar və ön bamperin aşağısında trapezoidal radiator barmaqlığıdır. Elektromobil iki fərqli ehtiyat gedişi olan versiya ilə təklif olunacaq. Birdəfəyə daha uzun məsafə qət edən Niro EV 64 kilovatt-saat həcmli batareyaya sahib olacaq və maksimum 380 kilometr gedəcək. O biri versiya isə 240 kilometrlə kifayətlənməlidir. Elektromotorların gücü fərqlidir: 204 və 135. Koreyada bu maşından artıq 5000 ədəd sifariş olunub. Onlar yaxın aylarda müştərilərinə qovuşacaqlar. Kia Niro EV krossoveirnin tezliklə Avropada da görünəcəyi bildirilir.