• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 12.06.2018 16:55

ADAU-da Cəlal Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib

KepezTV Player

Ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında akademik Cəlal Əliyevin mühüm xidmətləri olub. O, ömrünün böyük bir hissəsini Azərbaycanda dənli-taxıl bitkilərinin yeni sort və hibridlərinin yarandılmasına həsr edib. Bu fikirlər ADAU-da akademik Cəlal Əliyevin 90 illiyi ilə bağlı keçirilən tədbir zamanı səsləndirilib. Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycanda alimin şəxsi təşəbbüsü ilə buğda sortları yaradılıb və geniş sahələrdə becərilib. Cəlal Əliyev Azərbaycanda taxıl bitkilərinin genofondunun yaradılması və tədqiqat işlərinin aparılmasında mühüm rol oynayıb.405 nümunədən ibarət daha bir genofond Aqrar universitetin təcrübə sahəsində yerləşir. Tədbir çərçivəsində universitetin professor müəllim heyəti, tələbələr və bölgənin bir sıra fermerləri ilə taxıllar üzrə nümayiş sahəsində tarla günü keçirilib.