KepezTV Player
Bir neçə gündür ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti 2 gün də davam edəcək. Gəncə Regional Hidreometeorologiya müəssisəsindən verilən məlumata görə, bu müddət ərzində havanın tempuraturu aşağı düşəcək, qərb bölgəsində arabir yağış yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qisamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Hazırda havanın nisbi rütubəti 80%, atmosfer təzyiqi isə 731 milli metr civə sütunudur.
Musa Şükürov hidrometeoroloq:Ayrı ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı,şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi bəzi yerlərdə arabir 18-23 m/s gücləncəkdir. Havanın tempuraturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəkdir.
- Baxış: 1259