• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 12.06.2018 14:57

Samuxda günəbaxan bitkisinə xəstəlik düşüb

KepezTV Player

Fermerləri çətinə salan vəziyyət aylardır çəkilən zəhməti puç edir. Odur ki təsərrüfat sahibləri aidiyyatı struktuirlarından kömək gözləyir.

Günəbaxan bitkisində müşahidə olunan xəstəlik Samux rayonunun bir çox kəndlərində yayılıb. Təsərrüfat sahiblərinin sözlərinə görə xalq arasında alaq otu kimi tanınan bu xəstəlik məhsuldarlığa birbaşa təsir göstərir.

Nizaməddin Əliyev təsərrüfat sahibi: Xəstəlik məhsuldarlığı yarıya-yarı azaldır. Hektardan 500-600 kq semişka götürə bilsək böyük şeydir.

Ariz Sadıqov təsərrüfat sahibi: 3 hektaradn deyək ki 6 ton götürürdüm indi 3 hektardan ton yarım ancaq götürəcəyik. Məhsuldarlıq aşağıdır. Səbəb də budur, göz qabağındadır.

Günəbaxanın əkini ilə məşğul olan fermerlər bu kimi xəstəliklə ilk dəfə qarşılaşmadıqlarını deyirlər. Anoloji hal 3 ildir müşahidə olunur. Xəstəliyə qarşı aqrotexniki tədbilər də nəticə vermir. 

Gəray Novruzov təsərrüfat sahibi:5 hektar əkmişəm. 5 hektarın beləcə 3 hekatrı məhv olub. Bunu da nə edirik xeyri yoxdur. O yer qalmayıb getməyək.

Dövlət Fitosanitar Nəzarəti Xidmətindən sahələrdə parazit bitki olan Orobanş və ya xalq arasında kəhrə adlanan alaq otunun yayıldığı bildirilir. Rayonun 5 kəndini əhatə edən xəstəliyə qarşı mübarizə tədbirlərindən xidmət rəisi Camal Quliyev danışıb.

Camal Quliyev Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi:Fermerlərə tövsiyyəmiz ondan ibarətdir ki birincisi davamlı sortlardan istifadə etsinlər. İkincisi aqrotexniki qaydalara düzgün əməl etsinlər. Sirayətlənmiş sahələrdə herpistlərlə mübarizə tədbirləri aparılsın.

Ötən il Samux rayonunda 3618 hektarda günəbaxan əkilib və hektardan orta məhsuldarlıq 20 sentnerdən çox olub. Bu il isə sözügedən bitgi 2865 hekatrda becərilib.