• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1191
— 12.06.2018 14:20

Bağ evlərini soyan şəxslər yaxalandı

KepezTV Player

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı, Corat və Qurd Dərəsi bağlar massivində fərdi evlərdən silsilə oğurluqlar edərək insanlara külli miqqdarda ziyan vuran şəxslərin saxlanılması istiqamətində xüsusi əməliyyat həyata keçirilib. Başqasının malına göz dikənlər qanundan uzağa qaça bilməyiblər.

Aparılan axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri – Rüfət Abasəliyev və Tasim Dadaşov saxlanılıb. İlkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən 23 bağ evindən kondisionerlər, noutbuklar, elektrik naqilləri, metaldan hazırlanan müxtəlif növ məişət əşyaları, habelə təmir-tikinti alətləri oğurladıqlarını bildiriblər. Dəstə üzvləri əsasən mütəmadi yaşayış olmayan evlərdən oğurluq ediblər.

Saxlanılan şəxslər oğurladıqları məişət əşyalarını Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə sataraq əldə edilən pulu aralarında bölüblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin metal qəbulu məntəqələrinin də sahibləri müəyyən ediliblər. Onların obyektlərinə baxış zamanı oğurlanan əşyaların bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.