• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 11.06.2018 19:07

Narkotik satarkən saxlanıldı

KepezTV Player

İndi qanunu pozan şəxsdən danışacam. O, görməyən gözünə işıq istəyib. İstəməyinə yaxşı eləyib, yalnışı şəfasını doğru yolda axtarmamasıdır. Çünki işıq qalsın bir kənara, indi azadlığını da itirə bilər. Kəlbəcər rayonundan olan Gəray Yusifov Zərdabda çəkisi 1 kq 345 qram olan qurudulmuş marixuananı 500 manata satarkən tutulub. İlkin araşdırma zamanı məlum olub ki, Yusifov narkotiki Bərdə rayonundan əldə edib. Özünün dediyinə görə, bitkinin Kür çayının kənarında yabanı şəkildə bitdiyini görüb, yığaraq evdə qurudub. Gözünü müalicə etdirmək üçün pul lazım olduğu üçün narkotiki satmaq qərarına gəlib. Polisin sayıqlığı nəticəsində tutulan şəxs barəsində Zərdab Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.