• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2277
— 11.06.2018 19:35

Aailənin 6 üzvünün xəsarət aldığı yol qəzası qeydə alındı

KepezTV Player

Zaqatalada bir ailənin 6 üzvünün xəsarət aldığı yol qəzası olub. Hadisə Zaqatala-Qax avtomobil yolunun Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayonu Tülü kənd sakini, 44 yaşlı Ramiz Seyidov “Mersedes” markalı minik avtomobili ilə Bakıdan Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun səviyyəsindən bir neçə metr aşağıdakı düzənliyə düşüb. Qəzadan sonra sürücü Ramiz Seyidov, onun həyat yoldaşı 37 yaşlı Aytən Seyidova, onların övladları, 18 yaşlı Xəqani, 17 yaşlı Sənan, Ramizin bacısı 42 yaşlı Esmira Məmmədova və qızı 4 yaşlı Fatimə Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə müayinə və müalcələrini davam etdirmələri üçün Balakən MRX-a göndəriliblər. 3 yaşlı Fatimə Məmmədova reanimasiya, Ramiz Seyidov və Esmira Məmmədova isə cərrahiyə şöbəsinə yerləşdirliblər. Digər yaralıların vəziyyətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.