• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2786
— 11.06.2018 20:40

Goranboyda yol qəzası olub, bir nəfər ölüb

Goranboy rayonunda iki avtomobil toqquşub. Hadisə rayonun Faxralı kəndinə gedən yolda olub. Hərəkətdə olan “VAZ 2107” və “VAZ 21011” markalı iki minik avtomobil toqquşub. Qəza zamanı “VAZ 21011”-də olan sərnişin Alpud kənd sakini 59 yaşlı Elçin Hacıyev xəsarət almadığını bildirib və o evə gedib. Lakin Elçin Hacıyev bir neçə saatdan sonra evdə ölüb. Onun ürək damar xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.